Close

MENYU

"Vitiligo"-ya Son!

Tel.: (+994 55) 392-50-50;

Email:

Uşaq Dəri Xəstəlikləri

ushaq-deri-banner

Uşaq dəri xətəlikləri anadangəlmə və qazanılma olmaqla 2 qrupa bölünür.

Anadangəlmə dəri xəstəliklərinə Anadangəlmə ixtioz Bullyoz epidermioliz Hemangiomalar Nevus Vitiliqo Albinizm və başqa xəstəlikləri göstərmək olar. Anandangəlmə uşaq dəri xəstəliklərin səbəbi kimi genetik faktor əsas götürülür və əksər vaxtlarda  qohum nigahları arasında yaranmış uşaqlarda meydana çıxır.

Uşaqlarda qazanılma dəri xəstəlikıəri dedikdə ise müxtəlif qrup Allerqoloji Atopik dermatit Ekzema Seboreya dermatiti Allergik kontakt dermatit   Virus etiologiyalı Ziyillər Kontagioz mollyuks Kondilomalar Yoluxucu dəri xəstəlikləri olan Qoturluq Bitlilik Trixofiitiya Mikrosporiya Favus Stafilokokk və Streptokokk kimi törədicilər tərfindən yaranmış dəri infeksiyalarını göstərmək olar.

Uşaqların dərisinə qulluq etmək çox böyük əhəmiyyətə malikdir. Uşaqların dərisi böyüklərə nisbətən nazik, zərif, piy və tər vəziləri isə nisbətən azdır.

Dərinin və ümumilikdə orqanizmin müdafiə reaksiyası böyüklərə nisbətən uşaqlarda xeyli zəif oldugundan, onlarda dərinin infeksiyalaşması və dəri xəstəliklərinin əmələ gəlməsi daha tez baş verir. Ən erkən dövrlərdən uşağı şəxsi gigiyena qaydalarına riayət etməyə alışdırmaq lazımdır. Əsas gigiyena qaydaları isə aşağıdakılardır:

- Səhər və axşam əl-üzünü yumaq.

- Yalnız yeməkdən qabad və tualetə getdikdən sonra deyil, məktəbdən, gəzintidən qayıtdıqda, heyvanlarla oynayandan və s. bu kimi hallardan sonra da əlləri yumağa adət etmək.

- Gündəlik olaraq xarici cinsiyyət üzvlərini yumaq və alt paltarlarını dəyışmək.

- Mütəmadi olaraq duş və ya vanna qəbul etmək.

- Yalnız şəxsi daraq, fırça, dəsmal və s. istifadə etmək.

Uşağın ayrıca həm bədən, həm də əl-üz dəsmalı olmalıdır. Onun başqa ailə üzvlərinin fərdi əşyalarından, daraq və hamam dəstlərindən istifadə etməsinə qətiyyən icazə verməyin! Çünki ən sağlam insanın dərisində özünəməxsus mikroblar “dəsti” yaşayır. Onlar öz “sahibinə” heç bir ziyan verməsələr də, digər insana keçərək onun dərisində xəstəliklər törədə bilər.

Bu qalereyadakı cəmi şəkil sayı - 2