Close

MENYU

"Vitiligo"-ya Son!

Tel.: (+994 55) 392-50-50;

Email:

Genetik Dəri Xəstəlikləri

genetik-banner

Genetik dəri xəstəlikləri dedikdə dərinin irsi yolla keçən bir neçə dəri xəstəlikləri nəzərdə tutulur ki, bunlardan da ən çox yayılanı Anadangəlmə ixtioz Bullyoz epidermioliz Keratodermiya və Rekklinhauzen xəstəliyidir.

Bu xəstəliklərin yaranma səbəbi kimi qohum nigahları  arasında olan evliliklər zamanı ata və ana tərəfdə və ya hər iki tərəfdə  nəsildə bu və ya digər genetik dəri xəstəliyinin olması göstərilir.Ailədə doğulan uşaqlardan heç də hamısında bu xəstəliklərdən hər hansısa birinin olması yanaşması düzgün deyildir.Praktikada ailədə 2 qız uşağından sonra doğulan oğlan uşağında və ya əksinə halın baş verməsi mümkundür.Hər bir halda əgər valideynlər qan qohumudurlarsa hamiləlik zamanı xüsusi genetik DNT qan analizleri verməklə bu xəstəliklərin yeni doğulacaq körpədə ola biləcəyini öncədən təxmin etmək olar.

Anadangəlmə ixtioz –Bu xəstəliyin əlamətləri başın tüklü hissəsində yuxarı və aşağı ətraflarda qarın nahiyəsində quruluq qabıqlanma kəpəklənmənin olmasıdır .Çox vaxt üzün dərisi dartılır .Xəstəliyin  müalicəsi müxtəlif yumşaldıcı kremlər və məlhəmlərlə aparılır.   

Anadangəlmə keratodermiya-ovucda və ayağın altında dərinin həddən artıq qalınlaşması və quruması çatlaması ilə gedən dəri xəstəliyidir.

Anadangəlmə bullyoz epidermioliz-Dəridə və selikli qişalarda öz özünə və her hansı travmanın təsirindən qovuqların əmələ gəlməsi ilə özünü göstərır.

Riklenhauzen xəstəliyi Neyrofibromatoz -Autosom dominant tiplə ötürülən   yaşdan yuxarı uşaqlarda görülə bilən dəri xəstəliyi olub ilk dövrlərdə bədənin müxtəlif nahiyələrində çoxlu sayda  qəhvəyi rəngli ləkələr  çillər şəklində biruzə verən daha sonra ise vaxt keçdikcə həmin ləkələrin formasını dəyişərək ayaqcıq üzərində yerləşmiş yumşaq törəmələrə fibromalara keçdiyinin şahidi oluruq.Bu əlamətlər periferik sinirlərin gedişi boyu yarandığına görə xəstəliyin başqa adına neyrofibromatoz deyilir.