Cinsi yolla keçən İnfeksiyalar

Cinsi yolla keçın infeksiyalar son illərdə bütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılmışdır. Bunun əsas səbəbi cinsi partnyoru tez tez dəyişmə, cinsi əlaqə zamanı prezervativdən istifadə olunmaması və gənclərin toydan qabaq tibbi müayinədən keçməməsi və s faktorları göstərmək olar.
Cinsi yolla keçən infeksiyalar 2 qrupa bölünür:
- Patogen infeksiyalar: Cinsi əlaqədən sonrakı 3-28 gün ərzində özünü 2 və daha çox əlamətlərlə biruzə verən (Sidiyə çıxanda yandırma göynətmə hissinin olması siyimə aktının ağrılı olması sidik kanalından sarı və ya bulanıq irinli ifrazatın gəlməsı və s) Bunlara aiddir Qonoreya Trixomaniaz Diplokokk Gardnella Xlamidioz Ureaplazma urealitycum Mikoplazma genitalium
- Şərti patogen infeksiyalar: Bu infeksiyalar cinsi elaqədən sonra heç bir şikayət olmadan simptomsuz keçir.Yalniz 90 gün və daha artıq müddətdən sonra bu və ya digər formada sidik kanalından qalxan yolla kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəliklərini törədərək onları zədələyir.Nəticədə ağır fəsadlara gətirib çıxarır.Bunun nəticəsi isə kişilərdə özünü prostatit vezikulit cinsi zəiflik tez boşalma kişi sonsuzluğu kimi qadınlarda isə sonsuzluq hamiləliyin 2 ci 3 cü ayinda dölün inkişafdan qalması və s kimi hallarla bitir.
- Tanimadığınız insanlarla (fahişələr narkomanlar yüngül həyat tərzi keçirən şəxslər) tesadüfi cinsi əlaqədən çəkinin.
- Özünü diaqnostika və özünü müalicədən çəkinin.Xəstəliyin hər hansı bir əlamətini özünüzdə hiss etdiyiniz zaman apteke qaçmayın.Aptekçinin size verdiyi hər hansı bir tablet və iynələr sizə 2 3 gün ərzində effekt verə bilər Lakin bu müvəqqətidir Tez ya da gec bu əlamətlər yenıdən başlayacaq və ya infeksiya gizli şəkildə bu və ya digər formada sizin çanaq orqanlarınızda öz izini qoyacaq.
- Əgər her hansı bir insanla qorunmasız təsadüfi cinsi əlaqədə olmusunuzsa və ailəlisinizsə həyat yoldaşınızla 10-14 gün gün ərzində cinsi əlaqədən olmaqdan çəkinin.
- Təsadüfi cinsi əlaqədə olduqdan sonrakı ilk günlərdə qazlı və spirtli içki qəbulu acılı duzlu qida qəbulu xəstıliyin üzə çıxma müddətini qısalda bilər.
Mövzuyla əlaqədar olaraq yuxarıda sadalananlardan əlavə nəsə sualınız yaranarsa mütləq həkimə müraciət edin.
