Akne Vulqares

Akne nədir?
Akne (sızanaq) xəstəliyi ən çox yeniyetmələrdə görülən bir dəri problemidir. Akne, komedon (dəri rəngində və qara nöqtələr), papulopüstüler (qırmızı vəya ucu ağ rəng iltihablı qabarıqlıqlar), düyünlər-kistlər ( dəri içində ağrılı-ağrısız sərtliklər) şəklində görülür. Vaxtında müalicə olunmazsa gələcəkdə özündən sonra dərin izlər və çapıqlar qala bilər.
Gənclərin 85%-də rast gəlinir.Adətən 14-15 yaşlarında başlayır.Bu isə cinsi yeti.kənlik dövrü ilə əlaqədardır. Ən çox üz,alın, kürək, qollar, sinə nahiyəsində ortaya çıxır. Qızlarda 12-16, oğlanlarda 14-19 yaşlarda başlayır. Yeniyetmə dövrü üçün xarakterik bir dəri xəstəliyi olsa da, 25-30 yaşından sonra da rast gəlinə bilər.
Piy vəzləri dəridə tük köklərinin olduğu follikula (soğanağa) boşalır, bunlar da axacaqlar (gözənək) vasitəsilə dəriyə açılır. Folikuldakı keratinositlərin (divarındakı hüceyrələr) bayıra atıla bilməməsi axacaqlardan piy ifrazının qarşısını alırş. Pİy vəzlərinin ifrazındakı artış nəticəsində bu ölü hüceyrələr bir birinə yapışır və tıxanma daha da artır. Sızanaq başlanğıcı olan komedonlar, dəri rəngində və qara nöqtələr bu şəkildə ortaya çıxır. Dəridə mövcud olan mikrobların (Propionibacterium acnes, Staphylococcus epidermidis ve Pityrosporum ovale) ifraz etdiyi bəzi maddələrin də prosesə qoşulması nəticəsində iltihab yaranır. Daha şiddətli sızanaqlar əmələ gəlir.
Xəstəliyin inkişafına təsir edən provakasiya edici faktorlar arasında genetik faktorlar (yağ vəzi kanalında qalınlaşma ve kanalın bağlanmağa meylli olması), yeniyetmə dövründə artan yağ ifrazı (sebum), fiziki faktorlar (çəkilən yağlı kremlər, isti hava, tərləmədə artış, makyaj ve dəriyə uyğun olmayan təmizləyicilərin istifadəsi), bəzi dərmanlar, yağlı və qıcıqlandırıcı qida qəbulu,stress sızanaqların ortaya çıxmasına şərait yaradan faktorlardır. Ailəsində şiddətli akne problemi olanlarda aknenin daha sıx görüldüyü bildirilmişdir.
Menstrual (aybaşı) tsiklin pozulması, kişi tip tüklənmə (çənə, qarın, ve süd vəzi giləsi ətrafında), androgen tipli saç tökülməsi, kökəlmə kimi əlamətlər varsa, həmçinin akne aparılan müalicələrə cavab vermirsə o zaman bəzi hormon analizləri olunmalıdır. Qalan hallarda aknedə hər hansı analizə ehtiyac yoxdur. Aknenin hər hansı daxili orqan (mədə, bağırsaq,qaraciyər və s.) xəstəliyi ilə əlaqəsini yoxlamaq üçün Helicobakteri pylori və s yoxlanılmalıdır.
Aknenin müalicısinə gəldikdə isə ilk növbədə üzdə yağlılığı stabillədirən losyonlar sabunlar və əgər prosesı ikincili olaraq stafilokokk və ya demodeks folliculorum (demodeks gənəsi)qoşulubsa ona qarşı tədbir görmək lazımdır.Hər civzeli üzə baxıb sizing üzünüzdə gənə var demek olmaz.
