Close

MENYU

"Vitiligo"-ya Son!

Tel.: (+994 55) 392-50-50;

Email:

Vitiliqonun müalicəsində Fototerapiya

IMG_7591Fototerapiya vitiliqonun  qeyri cərrahi müalicə metodlarından biri olub hal hazırda ən çox effektiv olan metod hesab olunur. Vitiliqonun müalicəsində ənənəvi və eksperimental metod kimi Dar boşluqlu ultra bənövşəyi B şüalarından istifadə olunur. Dalğaların uzunluğu 311 nm (NB-UVB Narrow band ) olan həm lokal həm də bütün dəri örtüyünə tətbiq edilə bilən Almaniyanın Philips zavodunun istehsalı olan lampalar geniş istifadə olunur.

 

Fototerapiyanın növləri və mənbələri aşağıdakılardır:

  • NB-UVB 311 nm
  • Fokuslanmış NB-UVB 311 nm
  • Eksimer lazer 308 nm
  • UVA-PUVA
  • He-NE Lazer
  • Helioterapiya

NB-UVB Dalğaların uzunluğu 311 nm olan ultra bənövşəyi şüalar Vitiliqonun müalicəsində *qızıl standart* hesab edilir. Fototerapiyanın müalicə  üsulu kimi  NB-UVB bütün dəri səthini şüalandırmaq üçün  xüsusi kabinalarda və ya vitiliqonun məhdud formalarında  lokal işıqlandırma məqsədilə daşına bilən aparatlardan istifadə olunur.

NB-UVB Müalicədə həm vitiliqo ocaqlarının repiqmentasiyasını sürətləndirmək üçün həm də xəstəliyin aktiv fazada yayılmasını xəstəliyin inkişafını dayandırmaq xüsusiyyətinə malikdir.

Bu xüsusiyyət Ultra bənövşəyi şüaların immun sistem hüceyrələrinə bilavasitə melanogenez prosesinə  sinergik təsirilə əlaqələndirilir.

Bu üsulun çatışmayan cəhəti müalıcənin uzunmüddətli və requlyar davam etməsidir. Məhdud lokal formalı vitiliqolu xəstələrdə ev şəraitində istifadəsi mümkün olan aparat növləri vardır.

Fototerapiya ilə müalicə prosesindən fotogörüntülər:

Bu qalereyadakı cəmi şəkil sayı - 4

BİLİRSİNİZMİ?

Vitiliqo-dərinin müxtəlif nahiyələrində və selikli qişalarda ağ ləkələr şəklində ozünü biruzə verən yoluxucu olmayan xroniki, tez-tez proqresivləşən dəri xəstəliyidi.

Vitiliqo xəstəliyinin orqanizmin daxili orqan və sistemlərinə heç bir zərərli təsiri yoxdur.

Dünya əhalisinin 0.2-8% i bu xəstəlikdən əziyət çəkir. Dünya səhiyyə təşkilatının verdiyi son melumatlara görə təqribən 30 milyon insan bu xəstəlikdən əziyət çəkir.