Vitiliqonun Etiologiyası
Vitiliqonun yaranma səbəbləri bugünədək tam araşdırılmayıb və bu istiqamətə araşdirmalar davam edir.
Əsas əmələ gəlmə səbəbləri isə aşağıdakılardı:
- Neyrogen faktor - Vitiliqolu xəstələrin əksəriyyətində kəskin emosional stress psixi pozgunluq və s bu kimi halların baş verməsindən sonra ağ ləkələrin əmələ gəlməsi müşahidə edilmişdir. Bəd və ya şad xəbər eşitmək qorxu həyəcan mütəmade gərginlik xəstəliyi provakasiya edən faktorlardan biridi;
- Autoimmun faktor - Vitiliqolu xəstələrin əksəriyyətində bu xəstəliklə yanaşı digər səbəbi məlum olmayan autoimmun xəstəliklərin də olması mümkündur. Buna misal olaraq Qırmızı qurd eşənəyi, Pullu dəmrov, Ocaqlı alopeçiya, Qalxana bənzər vəzin autoimmun xəstəliklərini, yuvenil şəkərli diabet Addison xəstəliyi və s göstərmək olar və müalicə növü kimi immunosupressiv müalicənin (Puva, topik və sistem kortikosteroidlərlə müalicə) müsbət effekt verməsi xəstəliyin autoimmun olmasının bilavasitə göstəricisidir. Bundan başqa Vitiliqo olan xəstələrin 30% ində qalxanabənzər vəzin hormonlarının və antitellərinin qanda miqdarının dəyişməsi müşahıdə edilir;
- Vitiliqo olan xəstələrdə humoral və hüceyrə immunitetinin anormal olması qeyd edilir. Limfositlərin ümumi sayının azalması,T-helperlərin T-killerlərin B limfositlərin konsentrasiyasının aşağı olması və faqositar sistemin göstəricilərinin aşağı olması qeyd olunur. Bu göstəricilərin dəyişkən olması xəstənin yaşından xəstəliyin formasından və xəstəliyin davam etmə müddətindən asılı deyil. Bundan əlavə orqanizmdə immuniteti aşağı salan digər orqan və sistemlərin xroniki xəstəliklərini də araşdırmaq lazimdı. Xroniki intoksikasion ocaqları sanasiya etmek lazımdır. Bunlara burun boğaz xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, qurd invaziyaları və s aiddir.
- Biokimyəvi – oksidativ stress faktoru dedikdə xəstələrdə oksidləşmə reduksiya prosesinin pozulması ilə əlaqədar olaraq qanda və sidikdə katexolaminlərin miqdarı yüksəlir. Bunun nəticəsində orqanizmin anioksidant müdafiə funksiyası pozulur və zədə ocaqlarında hidrogen peroksidin miqdarı çoxalır. Beləliklə epidermal hüceyrələrin zədələnməsi ilə birlikdə hüceyrə daxili antioksidant sisteminin aşkar edilmiş disbalansı göstərir ki, vitiliqonun patogenezində oksidləşmə stress faktorunun rolu var. Bu əlaməti vitiliqonun müalicəsi zamanı verilən antioksidant preparatların müsbət effekti bir daha sübut edir.
- Genetik faktor-Xəstələrin 30% ndə autosom dominant tipli irsi ötürülə bilər. Lakin bu faktor tam tesdiqini tapmamışdır.Əksər hallarda nəsildə şəkərli diabet və qalxanabənzər vəzin xəstəlikləri olan ailələrdə bu xəstəliyin də olması ola bilər. Praktikada eyni yumurta əkizləri olan oğlan uşaqlarından birində vitiliqo xəstəliyinin olması halları rast gəlinir.
