Vitiliqoda psixoloji moment
Baxmayaraq ki Vitiliqo xəstəliyi öldürücü xəstəlik deyil və insanın sağlamlığı üçün heç bir fəsad törətmir bəzi vitiliqolu xəstələr bu məsələyə həddən artıq pessimist yanaşırlar və bu ağ ləkələrə kəskin reaksiya verirlər.
Reaksiyanın dərəcəsi diskomfort, həyati keyfiyyətlərin aşağı düşməsi və kompleks yaranmaqdan "yaşamaq istemirəm" dərəcəsinə qədər dəyişir. Bu məqamda başa düşmək lazımdır ki bu ağ ləkələr sizden başqa heç kəsı narahat etmir. Düzgun psixoloji yanaşma xəstəliyə qalib gəlməkdə böyük önəm daşıyır. İlk növbədə fikrinizdən "mən hamı kimi deyiləm", "hamı mənə baxır", "hamının diqqəti məndədi", "mən artıq heç kəsin xoşuna gəlmirəm" kimi fikirləri çıxarmaq lazımdır.
Çünki bu ağ ləkələrin sizin intelektual səviyənizə boyunuza çəkinizə əmək və heç bir təsiri yoxdur. Əgər yanınızda olan hər hansı bir insan sizin ağ ləkələrinizə pis reaksiya verirsə demeli həmin insanı birdəfəlik yaddan çıxardın.
