Close

MENYU

"Vitiligo"-ya Son!

Tel.: (+994 55) 392-50-50;

Email:

Vitiliqonun Müalicəsi

Vitiliqonun müalicəsində əsasən iki metoddan istifadə edilir - Cərrahi və qeyri cərrahi.

Cerrahi yol – Piqmentləşmiş epitelin dəriyə transplantasiyası deməkdir.

Transplansasiya yalnız o vaxt effektiv olur ki xəstəlik uzunmüddətli remissiya dövründə olsun. Yəni  yayılmasının qarşısı tam alınsın. Əks halda dəri köçürülən nahiyədə yenidən depiqmentasiya müşahidə oluna bilər. Bütün bunları nəzərə alaraq dəri köçürmədən öncə minimum 6 ay müddətində alternativ müalicə metodları ilə birlikdə fototerapiya UVB tətbiq  edilməlidir. Cərrahi metodların çatışmayan cəhətlərindən biri də əməliyyatdan sonra çapıqların olması dəri infeksiyalarının ola bilməsidir.

Cərrahi metodlar 2 qrupa bölünür:

  1. Qraft transplantasiyası
  2. Melanosit hüceyrələrinin suspenziyasının köçürülməsi

Qeyri cərrahi metoldlar

mualiceQeyri cərrahi müalicə metodlarının ümumi qanunauyğunluqları vardir.

Bele ki, ən yaxşı nəticələr xəstəliyin davam etmə müddəti az olan və gənc yaşlı xəstələrdə alınır.

Akral və Seqmentar formalı vitilqo müalicəyə daha çətin tabe olur.

Müalicənin effektivliyi zədə ocaqlarının yerləşmə yerindən asılıdır.

  • Üz və boyun nahiyəsi 93-100%
  • Gövdə nahiyəsi 65-68%
  • Əllər 55-60%
  • Ayaqlar 45-50% hallarda ocaqlar bağlana bilir.

Leykotrixiyanın olması neqativ proqnostik faktordur.

Eyni xəstədə olan ocaqlar müxtəlif preparatlara fərqli cavab reaksiyası verə bilər.

  • Medikamentoz terapiya
  • Vitaminoterapiya
  • Antioksidant terapiya
  • İmmunomodulyatorlar
  • Fototrapiya

BİLİRSİNİZMİ?

Vitiliqo-dərinin müxtəlif nahiyələrində və selikli qişalarda ağ ləkələr şəklində ozünü biruzə verən yoluxucu olmayan xroniki, tez-tez proqresivləşən dəri xəstəliyidi.

Vitiliqo xəstəliyinin orqanizmin daxili orqan və sistemlərinə heç bir zərərli təsiri yoxdur.

Dünya əhalisinin 0.2-8% i bu xəstəlikdən əziyət çəkir. Dünya səhiyyə təşkilatının verdiyi son melumatlara görə təqribən 30 milyon insan bu xəstəlikdən əziyət çəkir.